"Tanımadığın qıza heç vaxt ilişməyin"

"Tanımadığın qıza heç vaxt ilişməyin"

Əməkdar artist Mehriban Xanlarova sosial media hesabında hər kəsin marağına səbəb olacaq status paylaşıb. SİA-nın məlumatına görə, onun yazdığı status xoş qarşılanmayıb: "Tanımadığın qıza heç vaxt ilişməyin. Kiminsə yanında fərqli olmaq üçün o, qızı “tem”a olaraq istifadə edib, artıq-əskik söhbətlər etməyin. Ola bilsin o qız yaxının deyil, dostlarından kiminsə bacısı deyil. Amma hansısa yaxşı oğlanın bacısı ola bilər və ən əsası isə o qızdan sənin də evində var. Evində yoxdursa, dayıngildə var, dayıngildə yoxdursa, əmingildə var, əmingildə yoxdursa, xalangildə var. Mütləq nəslində var. Buna görə də, hansısa qızın haqqında artıq-əskik danışmadan bunları düşünün”.

Bütün xəbərlər Facebook səhifəmizdə