Azərbaycanın və Dağıstanın xalq artisti, Türk dünyasının sənət kraliçası İlhamə Quliyeva bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə yola düşüb. Bu barədə SİA-ya müğənninin mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, İlhamə xanım köhnə yeni ili Moskvada qarşılayacaq və sözügedən şəhərdə istirahət edəcək: "İlhamə xanımın vətəni tərk etməsinin məqsədi həm də oradakı azərbaycanlılarla görüşməkdir".
Mətbuat katibi onu da qeyd etdi ki, sənətkar paytaxt Bakıya iki həftədən sonra qayıdacaq.
Mətbuat katibi onu da qeyd etdi ki, sənətkar paytaxt Bakıya iki həftədən sonra qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB