Tanınmış müğənni Dilarə Kazımova yeni klipini təqdim edib. SİA-nın məlumatına görə, sözləri Nigar Məmmədova, musiqisi Camal Qurbanova aid olan "Danış" mahnısına çəkilən ekran işini Nisulik Cəfərova ərsəyə gətirib.
Kazımova yeniliyi haqda bunları deyib: "Həyatda sevgi də, ayrılıq da var. Sevgililər, tənhalıq da var. Bu sevgidən qazanan, itirən var. Sevgidə danışmaq, susmaq var. Bütün sevgililərə həsr olunur! Sevgi dialoqunuz bitməsin! Heç vaxt susmayın, danışın!".
Qeyd edək ki, müğənni bir neçə gündür Maldiv adalarında istirahətdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB