"Bozbash pictures"in aktyorunun evini Zaur təmir etdirəcək

"Bozbash pictures"in aktyorunun evini Zaur təmir etdirəcək

"Bozbash pictures"dəki obrazı ilə tanınan aktyor Amil Verdiyev ev alıb. SİA-nın məlumatına görə, bu haqda aparıcı Zaur Baxşəliyev idarə etdiyi verilişində deyib. Bir müddət əvvəl evsiz olduğunu deyib, tamaşaçılardan yardım istəyən Amilə 20 min manat hədiyyə edilmişdi.

Zaur onun istədiyi birotaqlı evin tapıldığını açıqlayıb. Aparıcı bildirib ki, evin təmirini özü etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə