Türkiyədə yaşayan müğənni İradə İbrahimovanı bəziləri sosial şəbəkədə "saxta" olduğunu yazıblar. SİA-nın məlumatına görə, həmin kəslərin cavabını ifaçı elə sosial media hesabında cavab verib: "Bu gün "sevgi dolu" sevənimdən "saxta" olduğumla bağlı məktəb aldım. Allah razı olsun! Həmin şəxsin sayəsində illər öncə yaşadığım hisslərə geri döndüm. Hətta hazırda neqativlerlə savaşan məsum insanların olduğunu düşünürəm. Mən çox şükür bütün bunları aşmışam. Yaxşı insanlara məsləhət vermək istərdim ki, yolunda cığır açmadan qərar vermə, sonra imtina etmə, gedilməyən bütün yollar səndədir. "El-aləm nə deyər" fikrini kənara qoyun. Adı üstündə "el-alem". Mən bu həyatda çox şeyi özümə dərd etdim. Dərd edənləri də gördükcə qucaqlayıb, "vecinə alma" demək istəyirəm. Bu həyat sənindir, sadəcə sənin. Heç kimin ağlına, fikrinə, əxlaqına zərrə qədər ehtiyyacın yoxdur. Onu da xüsusi ilə qeyd edim ki, uşaqlarımıza öncə həyatda bunları öyrətməliyik. Övladlarımıza deməliyik ki, tək və bir dənəsən. Hər kəs doğulduğu andan etibarən ona verilən toxunulmazlığının qədrini bilməlidir".
İ.İbrahimova ailəsi ilə birgə çəkdirdiyi yeni şəkilləri "İnsagram" səhifəsində paylaşıb. Fotolarda sənətçinin həyat yoldaşı və qızı yer alıb.
Həmin fotoları təqdim edirik:


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB