Əməkdar artist Elza Seyidcahan geridə qoyduğu ildən danışdı. SİA-ya açıqlama verən müğənnin sözlərinə görə, o, 2010-da bir çox işlər gördü: "2010-cu ilin sonlarında Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə İordaniyada Azərbaycan Musiqisi Mədəniyyət Günləri keçirildi və ən çox yadımdan qalan hadisə məhz bu oldu. Orada çox maraqlı çıxışlarımız oldu. Orada bizim hörmətli mədəniyyət nazirimiz Əbülfəz müəllim, İordaniyadakı səfirimiz də iştirak edib. Bu il həmçinin yeni mahnılar bəstələdim".
Sənətçi həmçinin yeni 2011-ci ildən də danışdı: "Bu ildən qonşularım üçün nəzərdə tutduğum konsertin həyata keçməsini gözləyirəm. Ürəyimdə arzularım çoxdur. Düzünü desəm, Allahdan nəyisə istəməyə də utanıram. Çünki Qurban olduğum mənə daha nələr verməyib ki. Əslində Allah deyir ki, istəyin, tələb edin məndən. Mən isə bir çox ziyarətlərdə oluram və Tanrıdan hər zaman məni pis insanlardan qorumağı və günahlarımı bağışlamağını istəyirəm. İnanıram ki, Allah bundan sonra da mənə istədiyimi verəcək. Çünki O, mənə böyük ürək verib. Bu il Ondan böyük möcüzələr gözləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB