Xəbər verdiyimiz kimi, müğənni Elton Hüseynəliyevin prodüser həyat yoldaşı Tamilla Hüseynəliyevanın doğum günü baş tutub. SİA-nın məlumatına görə, tədbirdə küsülü məşhurlar Xatun Əliyeva ilə Fatimə Fətəliyeva üz-üzə gəlib.
Xatun prodüserin ad günündən video paylaşaraq Fatiməyə söz atıb. Belə ki, kadrlarda ifaçının köməkçisi Pənah Xatuna “Dediyimiz mərdimazar deyəsən gəlir, nəsə iyi gəlir” deyib. Xatun isə burnunu tutaraq “Hə, amma kimsə kefimi poza bilməz” deyə, ona cavab verib.
Qarşı tərəfin cavabı gecikməyib. Belə ki, Fatimə sosial şəbəkədə əlində rəqqasə Renkanın ilanı olan videosunu paylaşaraq “İnsan ilanlardan qorxun, belələrindən yox” şərhini yazıb.
Qeyd edək ki, Xatunla Fatimə aylardır ki, küsülüdür. Hətta onların bu qalmaqalı məhkəməyədək gedib çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB