Müğənni-bəstəkar Rəhim Rəhimli verilişlərin birində prodüser-aparıcı Tarix Əliyevi (Tolik) "yıxıb-sürüyüb". SİA-nın məlumatına görə, ifaçı proqramda bildirib ki, Tolik onun arxasınca danışıb: "Tolik mənim də arxamca danışırdı. Mən də onun cavabını verdim. Mənə zəng vurub, deyir, niyə belə? Sənə olar danışmaq, bizə yox? Demək, sənə hər şey demək olar. Amma səndən də çox məşhur olan, işlər görən, imkanı olan insanlardan biri də bizik. Bir müddət keçəndən sonra gördüm proqramda qurdluluq edib, sataşmağa başlayıb. Anladım ki, bu insanın xasiyyəti belədir, düzəlməz. Onun 18-20 yaşı yoxdur, düzələ. Nə olsun səhər 2 saat efirə çıxırsan. O demək deyil ki, hər kəsə qadağa qoya, neqativ ötürə bilərsən".
Rəhimin efirdə söylədiyi sözlər cavabsız qalmayıb. Tolik ona cavab verib: "Niyə həmişə bəzi kişi cildində olan, amma içində qadın olan müğənnilərin xoşuna gəlməmişəm? Nə edim sizin kimi gecələr Tarqovuda dumanlı başımla gəzim? Yoxsa sizin kimi ortalıqda qalım? Bəs mən nə edim, açım ağzımı? Nə edəcəksiniz, məni ölkədən deport edəcəksiniz? Necə ki, vaxtında gecə ilə uçurdular səni... Qoyun, oturmuşam yerimdə".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB