Bir neçə gün bundan öncə əməliyyat olunan meyxanaçı İntiqam Rüstəmov səhhətindən danışıb. SİA-nın məlumatına görə, verilişlərin birinə açıqlama verən ifaçı ayaqlarının tutulduğunu deyib: "Ayaqlarım əsəblə əlaqədar tutulmuşdu, indi şükür Allaha açılıb. Ayaq damarlarım dartılırdı, tərpənə bilmirdim. Sinir elə sıxılıb ki, çox böyükdür, çürümə ilə nəticələnə bilər. Rusiyada tədbirə getməli idim, bileti də qaytardım, Ehtiram isə orada idi, gəlmək istəyirdi, qoymadım. Dostlar hamı zəng etdi, Rəvan Qarayev, Namiq Məna və çox dostlar gəldi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB