"Aygün xanımla duetimizin şəxsi həyatımıza heç bir aiddiyyatı yoxdur" VİDEO
Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımova ilə Rusiyada toy məclisində olarkən müğəninin onun üzünə baxmaması məsələsinə münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Yayılan video yanlış anlaşılıb. Səhnədə ifa etmək bizim işimizdir. Buna açıqlama vermək fikrim yoxdur. Qeybət etmək bəzi insanların peşəsidir. Jurnalist yazanda, adama pis edir. Elə kadr var üz-üzə gəlirik, elə an var gəlmirik. Baxmayanda bir, baxanda başqa söz deyirlər".
Qaraçuxurlu səhnədə oxuduqları mahnının yeni olduğunu da bildirib: "Həmin mahnını çoxdan oxumuşuq. Amma tanıtmadıq. Həmin toyda Aygün xanım göstərdi ki, oxuyaq? Mən də razılaşdım. Hətta A.Kazımova yaxınlaşdı ki, bəlkə, yeni duet hazırlayaq? Bizim Aygün xanımla səhnədə etdiyimiz ifaların, şəxsi həyata heç bir aiddiyyatı yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB