Natavan: "Qızım olsa, Dadoya oxşamasın" VİDEO

Natavan: "Qızım olsa, Dadoya oxşamasın" VİDEO

Hazırda hamilə olan müğənni Natavan Həbibi dünyaya gələcək övladının cinsiyyətindən danışıb. SİA-nın məlumatına görə, verilişlərin birinə müsahibə verən ifaçı uşağının cinsiyyəti bilmədiyini deyib: “Hamilə olduğumu eşidəndə Səid də, mən də şoka düşmüşdük. Bilirsiniz, bu sevinc başqadır. Həkimlər bizi də çaşdırır. Gah deyirlər oğlandır, gah da deyirlər görünmür.

Evdə oğlan istəyirlər. Səid də istəyir oğlan olsun, mən isə qız. İstəyərəm oğlan olsa, ona oxşasın. Amma qız olsa, nəbadə. Futbolçudur deyə, ayaqları əyridir”.

Qeyd edək ki, Natavan 5 aylıq hamilədir.

Bütün xəbərlər Facebook səhifəmizdə