Müğənni Aleyna Tilkinin anası Havva Öztel belini proqramla incəldərək "İnstagram" səhifəsində yayımlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Havvanın bu paylaşımı izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.
İki aya yaxındır Amerikada olan Aleyna Tilki İstanbula dönüb. Jurnalistlərin suallarını cavablandıran ifaçı Amerikanın musiqi qrupu ilə albom hazırladığını bildirib: "Amerikanın musiqi qrupu "Major Lazer" ilə albom hazırlayırıq. Türkiyə mənimlə qürur duyacaq. Həyəcandan yata bilmirəm. Onu da deyim ki, Amerikaya gedəndə anam və İstanbul üçün darıxıram".
Media mənsubları Aleynaya anasının sosial şəbəkədəki paylaşımı haqda da sual verib: "Anam Havva Öztel izləyiciləri tərəfindən sevilir. Qaldı ki, proqramla belini incəltməsinə, bunu hər kəs edir. Həmin şəkli də görmüşəm. Fotoda qeyri-adi heç nə yoxdur. Çünki anamın beli həqiqətən də incədir".
Jurnlistlər Aleynaya dodağına dolğu etdirdiyini soruşub. İfaçı isə cavabında bu sözləri deyib: ''Dodağımda heç bir dolğu yoxdur. Sadəcə olaraq dodaqlarım şəkillərdə iri həcimli görsənir. Estetik əməliyyat üçün yaşım çox azdır".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB