Müğənni Səidə Sultan “3 dəqiqə” rubrikasının qonağı olub. SİA-nın məlumatına görə, sualları cavablandıran Səidə şəxsi həyatı ilə bağlı da bəzi gizlinləri açıb.
Sənətçi vaxtilə həmkarlarından biri ilə eşq yaşadığını etiraf edib.
“Uşaq idik, yaxşı və ciddi hisslər idi. Həmişəki kimi özüm getdim. Ömür boyu qismətimdən özüm qaçmışam” deyə, Səidə bildirib.
Daha sonra əyləncəli sualları cavablandıran sənətçi Tünzalə Ağayevanı deputat adlandırıb:
“O, danışanda fikirləşirəm ki, deputatdır”.
"Hansı məşhur "Burada mənəm, Bağdatda kor xəlifə" deyir" sualına belə cavab verib:
"Röya Ayxan...".
“Bu məşhur diriyə hay vermir, ölüyə pay” sualında isə Səidə rəfiqəsi Nura Surinin adını çəkib:
“Nura yaslara getmir, ona əsasən deyirəm, amma cəsarətli qızdır”.
“Xuraman Şuşalı isə hamam suyu ilə özünə dost tutur” deyə, Səidə sonda bildirib.
Müğənni efirdə söyüş söydüyünü də etiraf edib. İfaçı daha sonra keçmiş sevgililərindən birinin adını açıqlayıb və İska olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB