Türkiyədə fəaliyyət göstərən azəribaycanlı sənətçi Günel Zeynalova yeni klip çəkdirib. Günelin SİA-ya verdiyi məlumata görə, sözləri Nurlana musiqisi isə Nazimə məxsus olan "Sevgi istəyirəm" adlı klipin rejissoru Altan Dönməzdir. Mahnının aranjemançısı məşhur türk aranjemançısı Kerem Oktendir. Klipin təqdimatı yaxın günlərdə Türkiyənin Kanal D telekanalında nümayiş olunacaq.
Günelin sözlərinə görə, o, bu klipi çoxdan gözləyirdi: "Çəkiliş zamanı böyük həzz aldım. Bu mahnını çox sevirəm, ona görə də klipini çoxdan gözləyirdim və hazırlaşırdım. Düzdür, bir az əziyyətli oldu, amma xoş oldu. Çünki qışdır və havalar soyuqdur, mənim isə libaslarım nazik idi, üşüyürdüm. Ancaq mənim böyük komandam var idi ki, mənə kömək edirdilər. Bu işdə əməyi keçən hər kəsə böyük təşəkkürlərimi bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB