Müğənni Kərim Abbasov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, evləndikdən 6 il sonra ata olan ifaçı qohumları tərəfindən dəfələrlə qınandığını söyləyib: "Yadları qoyuram bir kənara, qohumların "Sən sonsuzsan, kişi deyilsən" kimi sözlərlə adamı sındırmasını Allah heç kimə göstərməsin. Bu hissləri mən keçmişəm, əzilmişəm. Amma, çox şükür, 6 ildən sonra övladım oldu. İndi baxırsan ki, mənə "Sonsuzsan" deyənlər gəlib öpüb qucaqlayırlar məni".
Qeyd edək ki, K.Abbasov Təranə adlı xanımla ailəlidir. Cütlüyün Yusif adlı oğlu 6 il sonra dünyaya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB