Alişan: "Xanımımla uşağımızı həyəcanla gözləyirik"

Alişan: "Xanımımla uşağımızı həyəcanla gözləyirik"

Müğənni Alişan və xanımı Buse Varol məkanların birindən çıxarkən media mənsublarının fotokameralarına tuş gəliblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, valideyn olmağına sayılı günlər qalan Alişan jurnalistlərə maraqlı açıqlama verib: "Xanımımla uşağımızı qucağımıza almaq üçün həyəcanla gözləyirik. Görək övladımız kimə bənzəyəcək. Gözləri nə rəng olacaq, keçəlmi olacaq? Bizim üçün çox maraqlıdır".

Alişan son günlər dünyaya gələcək uşağının adı ilə açılan sosial medianı istifadə edən insanlardan da söz açıb: "Bəzi giclər dünyaya gələcək övladımın adı ilə sosial şəbəkələr açıblar. Uşağımız dünyaya gələndə sosial şəbəkədən uzaq tutacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə