Məşhur müğənni səhnədən yıxılaraq öldü VİDEO

Məşhur müğənni səhnədən yıxılaraq öldü VİDEO

Tatar müğənni Faniya Xəliullova konsert zamanı dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, ansamblı "Неугасимые звезды"nın konsertini açmaq üçün səhnəyə çıxıb.

Faniya qəfildən huşunu itirib və yerə yıxılıb. İlk yardım edilsə də, sənətçini xilas etmək mümkün olmayıb. Həkimlər Faniyanın ürəyinin dayandığını bildiriblər.

53 yaşlı müğənninin həyatının son anlarını gecəyə gələn tamaşaçılardan biri lentə alıb.

Həmin videonu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə