Keçən il yıxılaraq qabırğalarını sındıran aktyor Mehmet Ali Erbildən yeni xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 97 gündür reanimasiyadan yatan Mehmetin həkimi Jan Klod Kayuka aktyorun hələ də müalicə aldığını bildirib: "Mehmet Ali Erbil az da olsa yemək yeyir. Ona xüsusi pəhriz yeməkləri hazırlanır. Ona hər gün tibb bacıları tərəfindən yataqda məşq etdirilir. Onu da qeyd edim ki, Mehmet bəy xəstəxanaya gələn zaman 90 kiloqram idi. Hazırda onun çəkisi 75 kilodur. Aktyorun xəstəxanaya gəldiyi 97 gün ərzində 15 kiloqram çəkidən azad olması böyük rəqəm deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB