Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam ötən gün artıq çəkidən xilas olmaq üçün əməliyyat etdirib. SİA-nın məlumatına görə, ifaçı şəhər klinikalarının birində cərrahiyyə masasına uzanıb. Bildirilib ki, pasientdən 3 litrə qədər piy çəkilib.
Xatirənin əməliyyatdan sonrakı fotosunu həmkarı Nicat Məhərrəmov sosial şəbəkədə yayıb. Nicat Xatirənin şəklini paylaşaraq bu sözləri yazıb: "8 saatlıq əməliyyatdan sonra artıq hər şey yolundadır. Xatirə xanım yaxşıdır. Alla şəfa versin".
Qeyd edək ki, Xatirə qarın, qol və buxaq hissəsində olan piyləri çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB