Ötən ili bir çox uğurlarla geridə qoyan xalq artisti Faiq Ağayev 2010-da başına gələn bədbəxt hadisəyə görə, heçdə ruhdan düşmür. SİA-ya açıqlama verən sənətçinin sözlərinə görə, o, ötən ildən razıdır: "İlim yaxşı keçdi. İki dənə "bomba" kimi mahnı yazdırdım. Artıq 3-cü super mahnı hazırdır ki, bu da 2010-cu ilə təsadüf etdi. Bununla yanaşı "Bal kimi"yə klipi çəkildi. Bu yaxınlarda efirdə nümayiş olunacaq. Ümumilikdə ili uğurlu hesab etmək olar. Təbii ki, inanın tale yollarında bir çox şeylər baş verir. Amma burada Allaha min şükür söyləmək lazımdır. Çünki mənim başıma bundan daha betəri, ölüm gələ bilərdi. Allah mənə iki dəfə ömür verdi. Biri əməliyyata girəndə, digəri isə əməliyyatdan sonra düşüyüm koma vəziyyəti oldu. Tanrı ikinci dəfə məni həyata qaytardı, bundan gözəl nə ola bilər ki. 2011-dən isə gözəl günlər gözləyirəm. Yeni konsertlərim olar, İnşallah. Ümumiyyətlə, 2011-ci ilə müsbət ab-hava ilə girmək istəyirəm. Böyük ümidlərim var. Mənim üçün bu il həmçinin bəzi insanlar yenidən kəşf olundu. Bunların arasında Nadir Qafarzadə və Almaz Ələsgərova var. İnsani keyfiyyətləri ilə yenidən ürəyimə girdilər. Nadir məhz atdığı addıma görə, mənim üçün yenidən kəşf olundu. İndi mən artıq sevinirəm ki, ətrafımda belə insanlar var. İnsan münasibətləri olan yerdə, keçmiş önəmsizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB