Əməkdar artist Ülviyyə Əliyeva yeni çəkilən yumoristik filmlərdən danışıb. SİA açıqlama verən aktrisa bunları deyib: "Bildiyiniz kimi, hazırda bir çox yumoristik ekran işləri çəkilir. Həmin filmlərin bəzilərinə baxanda bir çox aktyorlarımızın peşəkar olduqlarının bir daha şahidi oluram. Amma bəzi filmlərdə insanları güldürmək üçün söyüşə yol verirlər. Bu nəyə lazımdır? Sağlam gülüş olmalıdır. Yumoristik ekran işlərindəki söyüşlər Azərbaycan mədəniyyətinə yaraşmır. Ona görə də yaxşı çəkilən filmlərimizə və aktyorlarımıza dəyər vermək lazımdır".
Ü.Əliyeva seriallardan da danışıb: "Azərbaycanda yaxşı seriallar çəkilib, ərsəyə gəlir. Amma bəzi ekran işlərində bacarıqsız aktyorlara rast gəlmək mümkündür. Bir çox aktyorlar teatrla serialı səhv salıb. Belə aktyorlar mütləq peşəkarlarımızdan dərs almalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB