Əməkdar artist Gülüstan Əliyeva Qarabağ döyüşlərində həlak olan şəhid həyat yoldaşı Zahid Əhmədovun görüntülərini üzə çıxarıb. SİA-nın məlumatına görə, o, həmin videonu sosial şəbəkədə paylaşaraq, ərinin ad günü olduğunu vurğulayıb.
İfaçı Z.Əhmədovun videosuna bu sözləri yazıb: "Unudulmayanlar. Sizləri unutmadıq, Vətən ücün doğuldunuz, Vətən ücün öldünüz. Bu gün Cəbrayılın igid oğlu, Cəbrayıl torpağını canından əziz bilib, orada şəhidlik zirvəsinə ucalan Zahid Əhmədovun doğum günüdur. Burada danışanlar da şəhidlərimizdir".
O bildirib ki, videoda mərhum ərinin dostaları da yer alıb və onlar hamısı şəhid olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB