Bir müddət öncə evi oğrular tərəfindən qarət olunan əməkdar artist Ülviyyə Əliyeva gileylənib. SİA açıqlama verən aktrisa oğru və ya oğruların hələ də tapılmadığını bildirib: "Bildiyiniz kimi, mənzilim qarət olunmuşdu. Həyat yoldaşım Moskvada olduğu üçün anamgildə qaldım. Həmin oğru və ya oğrular da evdə olmadığımızdan əmin olaraq mənzilə giriblər. Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət etdim. Artıq hadisədən 2 ay keçib. Amma heç bir irələləyiş yoxdur. Hələ də evi qarət edən şəxsin və ya şəxslərin kimliyi polislər tərəfindən müəyyənləşməyib. Buna çox üzülürəm. Oğurlanan qızıllarımın geri qaytarılmasını istəyirəm".
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB