Aktrisa: "Mənə necə xoşdur elə də geyinirəm" AÇIQLAMA-FOTOLAR

Aktrisa: "Mənə necə xoşdur elə də geyinirəm" AÇIQLAMA-FOTOLAR

Ötən gün aktrisa Ülfət Bəşirin tədbirlərin birində geyindiyi libası gündəmdən düşmür. Aktrisa SİA açıqlama verərək müzakirələrə səbəb olan paltarı haqda danışıb: "Bir neçə gün bundan öncə tədbirlərin birinə şortikli, arxası uzun şleyfli və kürək dekolteli libas geyinmişdim. Bu geyimim böyük səs-küyə səbəb oldu. Mənim üçün bu libası xüsusi olaraq modelyer Ülkər Həsənova hazırlayıb. Çox gözəl libasdır".

Aktrisa açıq-saçıq geyimlərindən də bəhs edib: "Mən daha çox açıq-saçıq geyimlərə üstünlük verirəm. Bu cür palarlar mənə çox yaraşır. Mənə necə xoşdur elə də geyinirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə