Namiq və Aygün: “Belə niyə oldu”

Namiq və Aygün: “Belə niyə oldu”
Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yeni il ərəfəsində hitə çevrilən "Belə niyə oldu" mahnısını indi də duet şəklində tamaşaçılara təqdim edəcək. Meyxanaçının SİA-ya verdiyi məlumata görə, onun yeni duet ortağı Aygün Kazımovadır. Onlar bu mahnını birlikdə lentə yazdıracaq: "Mahnı bizim münasibətlərimizdən və ayrılığımızdan bəhs etdiyi üçün bunu daha tək oxumayacağam. Yaxın günlərdə mahnı bizim birgə ifamızda lentə yazılacaq".

Məlumat üçün bildirək ki, N.Qaraçuxurlu A.Kazımova ilə bundan başqa da duet mahnılarının olacağını söyləyib. Bu, şəxsi münasibətlər deyil, sırf yaradıcılıq üçün olacaq. Mahnının aranjemanı ilə gürcüstanlı musiqiçilər məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə