Nura Suri polis əməkdaşı ilə dalaşıb - EKSKLÜZİV

Nura Suri polis əməkdaşı ilə dalaşıb - EKSKLÜZİV
Müğənni Nura Suri İçərişəhərdə qoşa Qala Qapısının yanında polis əməkdaşı ilə mübahisə edib. Müğənni öz avtomobilində Qala Qapısında tıxacda gözləyərkən polislərin hərəkətinə irad tutub və bu, mübahisəyə çevrilib. Nura SİA-ya verdiyi açıqlamasında olayın təfsilatı barədə danışıb: "Mən yeni proyektimlə əlaqədar Murad Dadaşovla müsahibəyə getmişdim. Yanımda tanınmış jurnalist Feliks Vişnevetskiy və fotoqraf Samir Aslanov da var idi. Qala qapısının yanında polis əlil, çolaq, kasıb bir kişini təhqir edirdi. Həmin adamın pulu yox idi ki, Qala qapısından çıxarkən ödəsin. Polis də onu təhqir edərək, hədə qorxu gəlirdi ki, pulu ödəməsə polisə aparılacaq. Mən də həmin adama yardım etmək məqsədilə polislə mübahisə etdim. Bildirdim ki, pulu yoxdursa, niyə onu təhqir edirsiz. Həmin insanın yerinə pulu ödəcəyəcimi bildirdim. Pulu da ödədim. Polisə də iradımı bildirdim ki, pulsuz olan insanı ictimai yerdə təhqir etmək düzgün deyil. Hadisə belə olub. Mən hesab edirəm ki, insanlıq borcumu yerinə yetirmişəm. Əgər kiminsə maddi durumu çətindirsə, ondan pul tələb etmək insani baxımdan düzgün deyil. O adamın maşınına baxanda görünürdü ki, çox kasıbdır. Çolaq adamın Qala qapısından keçərkən, pul ödəməyə imkanı yoxdursa, ondan pul tələb etmək nə qədər düzgündür? Biz insanlığımızı itirməməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə