PSJ 120 min avro mükafatı rəqibinə bağışladı

PSJ 120 min avro mükafatı rəqibinə bağışladı

PSJ Fransa kubokunda 1/16 finalına yüksəldiyi üçün qazanacağı 120 min avro mükafatdan imtina edib. Fransa mətbuatının yazdığına görə, Paris klubunun prezidenti Nasser Əl-Xəlafi bu məbləğin 1/32 finalda mübarizədən kənarlaşdırdıqları 5-ci divizion təmsilçisi "Pontivi"yə verilməsinə qərar verib. PSJ, oyunçularının ümumi dəyəri 400 min avro olan kluba hörmət əlaməti olaraq bu addımı atıb. Yada salaq ki, PSJ "Pontivi"yə 4:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə