Nazənindən yeni mahnı VİDEO

Müğənni Nazənin 2019-ci ilin ilk günlərində yeni mahnı təqdim edib. SİA-nın məlumatına görə, sənətçi söz və musiqisi Fuad İbrahimov məxsus “Əvvəli sən, sonu mən” adlı bəstəni səsləndirib.

İfaçı yeni işi haqqında fikirlərini bildirib: "Yola saldığımız il mənim yaradıcılığım üçün uğurlu oldu. Sevincli günüm oğlum Orxanın məktəbə getməsi, kədərim isə qardaşımı itirməyim olub. Düz 5 mahnım bu il sevildi.

Bu il yaradıcılığımda bir çox sürprizlərim olacaq. “Əvvəli sən, sonu mən” mahnım artıq qısa zaman ərzində “Youtube”da 110 minə yaxın baxılıb. Düşünürəm ki, bu mahnım da partlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə