Azərbaycan teleməkanında əsasən əyləncəli, şou-biznes telekanalı kimi tanınan Azad Azərbaycan Teleradio Yayım şirkəti (ATV) bu ildən etibarən mədəniyyət, incəsənət xəbərlərinə, daha ciddi verilişlərə üstünlük verəcək. SİA-nın məlumatına görə, bu ildən etibarən ATV-nin loqosu, dizaynı, kompüter qrafikası da dəyişiləcək.
Şirkətdə baş verənlər bununla bitmir. Efirin ən reytinqli verilişlərinin bağlanma xəbəri yayılıb. Onların arasında evlənmək şousu olan "Onun yarısı" verilişi də var.
Məlumatı aparıcı Zaur Baxşəliyevdən dəqiqləşdirmək cəhdlərimiz baş tutmadı, lakin telekanalın digər əməkdaşları xəbəri təsdiqləyiblər. Onlar "Onun yarısı" verilişinin hələ ki, efirə getmədiyini, lakin yaxın zamanlarda bərpa olunacağını söyləyiblər.
Verilişlərin bağlanmasının səbəblərini hələ ki, dəqiqləşdirmək mümkün olmayıb. Səbəblərlə bağlı yayılan əsas versiyalardan birinə görə, bu telekanal şou-biznes, qalmaqallı, əyləncəli verilişlərə həddindən artıq üstünlük verdiyi üçün ciddi tənqidlərə məruz qalıb.
Bəzi mənbələr isə "ATV Maqazin" verilişinin qapadıldığını söyləyib. Ona görə də verilişin aparıcısı İlkin Həsəni ilə əlaqə saxladıq. Lakin İlkin Həsəni açıqlamasında bu məlumatı təkzib etdi və verilişinin əvvəlki axarında davam edəcəyini deyib: "Dediyiniz məsələlərlə bağlı mən yalnız onu deyə bilərəm ki, "ATV maqazin" verilişinin artıq 8 ildir ki, aparıcısıyam və veriliş indi də fəaliyyətini davam etdirir. Hər həftə öz vaxtında, öz saatında efirə çıxacaq, yəni, proqram öz axarı ilə davam edəcək".
Bağlanılması gözlənilən verilişlər sırasında Dilarə Əliyevanın aparıcısı olduğu "Burada və indi" adlı proqramın da yer aldığı deyilir. Həmçinin bəzi məlumatlara görə, "Sən tək deyilsən" verilişinin bir müddət yayımı dayandırılacaq və adı dəyişdirilərək "Səni axtarıram" olacaq. Qısa fasilədən sonra yeni adla, yeni formatda efirə çıxacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB