"Maşın" şounun növbəti buraxılışı yayımlanıb. SİA-nın məlumatına görə, finala bir gün qalmış sonuncu səsverməyə Ranar Musayev çıxıb.
O, Səmra Rəhimli ilə dost olduğu üçün səs topladığı təqdirdə oyundan ya Xəyalə Quliyevanı, ya da Sərxan Kərəmoğlunu çıxaracağını bildirib. Sonda isə 79,74 faiz səslə aparıcı Sərxan Kərəmoğlunu şoudan kənarlaşdırıb.
Beləliklə, finalda Səmra Rəhimli, Ranar Musayev və Xəyalə Quliyeva mübarizə aparacaq.
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB