Xalq artistləri Zülfiyyə Xanbabayeva və Aygün Kazımova bir araya gəliblər. SİA-nın məlumatına görə, müğənni Yeni illə bağlı konsertdə səhnəyə çıxıblar. Bir vaxtlar küsülü olan Aygün və Zülfiyyənin şəklini müğənni Murad Arif sosial şəbəkədə paylaşıb.
Şəkildə Xanbabayeva ilə Kazımovanın səmimi münasibəti diqqət çəkib.
Qeyd edək ki, Aygün Zülfiyyə ilə küsməyi haqda "Bizim aramızda çox doğma illər, bağlar, hisslər var. Mənim onun prodüseri Nigarla danışdığımız özəl söhbət elə bilirdim aramızda qalır. İllərdir dost bildiyim insanın sirrimizi başqasına danışmasını yaraşdırmıram. Bu, bir sirr idi. Tolikə danışmasını yaraşdırmadım" sözlərini demişdi.
A.Kazımova daha sonra barışdıqlarını bildirmişdi. Amma onlar barışıqdan sonra heç vaxt bir araya gəlməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB