Təranə Toliklə davasından danışdı QALMAQAL

Təranə Toliklə davasından danışdı QALMAQAL

Ötən gün verilişlərin birinin çəkilişi zamanı proqramın aparıcısı prodüser Tarix Əliyevlə müğənni Təranə Qumral arasında mübahisə düşüb. SİA-nın məlumatına görə, dava müğənni Nazəninin üstündə olub. Belə ki, Təranə mahnı oxuduğu ərəfədə telekanala gələn Nazənin onun olduğu yerə girmək istəməyib. Nazənin başqa bir yerdə Təranənin studiyadan getməyini gözləyib.

Tolik də çıxışı başa çatan T.Qumrala artıq gedə biləcəyini deyib. Amma Nazəninin gələcəyini eşidən ifaçı studiyanı tərk etməyib, hətta orada qalmaqal da yaradıb. Mühafizəçilərin köməkliyi ilə Təranə telekanaldan uzaqlaşdırılıb.

Qumral sosial şəbəkədə Nazəninə söz ataraq "Efirə qorxudan mənimlə çıxa, olduğum yerə gələ bilməyən, hətta yanımda sönük qala biləcəyini hiss edən zavallıcıq sadəcə, sənə yazığım gəlir və gülürəm. Sən bunu göz görə-görə özün hərəkətlərinlə etiraf edirsən. Ətrafına yığdığın adamları da ya pulla, ya da hədiyyələrinlə saxlamısan. Çünki sən heç kimə lazım olmadığını bilirsən. İnanıram ki, məktub düz ünvana gedəcək" deyib.

O, ardınca "İnstagram" səhifəsində Toliklə yaşadığı qalmaqaldan bəhs edib: "Deyilənlərə görə, Toliklə dalaşmışam. Məni mühafizəçilər telekanaldan uzaqlaşdırıb. Orada elə bir hadisə yaşanmayıb. Toliklə də dalaşmamışam. Sadəcə olaraq, bir az mübahisə etmişik. Mən yenə də onu çox istəyirəm. Bilirəm ki, o, çox mədəni oğlandır. Tolik şou-biznesdəki ikiüzlü və yaltaqlardan dəyərli insandır. Onu da qeyd edim ki, bəziləri söyləyir ki, Tolik mənə qurma qurub. Mən buna heç vaxt inanmaram".

Xatırladaq ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal “ANS”in “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral 4 min manat məbləğində cərimə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə