Şəbnəm Tovuzlunun ad günündə nələr yaşandı? FOTOLAR

Müğənni Şəbnəm Tovuzlu özünə təmtəraqlı ad günü edib. SİA-nın məlumatına görə, məkanların birində baş tutan gecəyə ifaçının yaxınları və şou-biznesin tanınmış simaları qatılıb.

Məşhurlar sənətçinin ad günündə özlərinə əl qataraq mahnılar oxuyub, rəqs ediblər.

Gecədə maraqlı an da yaşanıb. Belə ki, Şəbnəmin həyat yoldaşı onu doğum günü münasibəti ilə təbrik etmək üçün gül göndərib. Gecənin səbəbkarı gülləri görüncə sevinib və bu fikirləri bildirib: "Ərimin xoş günümdə göndərdiyi güllər mənə çox xoş oldu. Onun özü və oğlum Əli mənim üçün böyük hədiyyədir".

Ş.Əsədovanın doğum günündən olan fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə