Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktrisa proqramda 3 ay sonra ilk müayinəsinin cavabını açıqlayıb: "Mən hər zaman səbr edirəm, zamanını gözləyirəm. Aylarla susdum, mənə dəyən daşlara susdum... Allahıma təşəkkür edirəm ki, nə yaxşı ki, məni yaxşı insanlarla qarşılaşdırır. Sırağa gün ilk müayinəmə getdim. Turan xanım mənə baxanda dedi "ooo...". Qorxdum ki, Ay Allah, görən nədir? Aylardır bunu gözləyirdim. Mən "Super" sözünü eşitdim. İlk baxışdan hər şey əla idi. Amma qabaqda MRT və qan analizləri var idi. Sonra getdim qan analizi və MRT-yə. MRT-nin cavabı 4 saat çəkdi. Doktor gəlib dedi: "Cavablar yaxşıdır, törəməniz yoxdur".
Qeyd edək ki, aktrisanın uşaqlıq boynunda bədxassəli şiş olub, əməliyyatla həmin şiş götürülüb. Daha sonra ayağından 38 limfa vəzisi götürülüb, 37-sindən heç nə çıxmasa da, birində bədxassəli şiş olduğu məlum olub. Buna görə, Tünzalənin müalicəsi davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB