Aktyor İlkin Həsəni həmkarı Elşən Orucovun rol aldığı "Fəlakət" filmi ilə bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, "Fəlakət" filminin balacalar tərəfindən bəyəniləcəyini bildirib: "İllərdir o, obrazları sevdirdik, qaldırdıq. Elə işlər görək ki, onlar həmin yerdən düşməsin. "Fəlakət" filminə baxdım, tam fərqli rejissor işi, rənglər gördüm. Bizim tamaşaçılarımız, xüsusilə də balaca dostlarımız bu filmi sevəcəklər".
İlkinin müsahibəsinin videosu sosial şəbəkələrdə yayılıb. Onun "uşaqlar bəyənəcək" sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən qalmaqalla qarşılanıb.
Qeyd edək ki, "Bozbash pictures" komandasının üzvləri bir müddətlik fəaliyyətlərinə ara verib və ayrı-ayrılıqda çalışırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB