"Maşın" şounun ötən gün yayımlanan buraxılışı başa çatandan sonra dava düşüb. SİA-nın məlumatına görə, bu haqda proqramın aparıcısı, xalq artisti Murad Dadaşov canlı yayımda deyib. O bildirib ki, iştirakçılar dalaşıb: "Əsəblər çox gərgin idi, böyük bir gərginlik yaşandı. "Maşın" tarixində belə şey görünməmişdi".
Oyunda yer alan Sərxan Kərəmoğlu və Ramil Nabran dava edib. Qalmaqala daha sonra Xose Bernardo qatılıb. Aparıcı bildirib ki, baş verənlər şou iştirakçılarına, xüsusən də xanımlara həyəcan yaşadıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB