Aynur Dadaşova sevənləri üçün oxudu FOTOLAR

Aynur Dadaşova sevənləri üçün oxudu FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirilib. SİA Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən verilən xəbərə görə, aparıcı Eldəniz İsrailov konsert iştirakçılarını salamlayaraq, hərkəsi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.

Daha sonra müğənni Aynur Dadaşova konsert proqramı ilə çıxış edib. Onun ifaları tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Həmçinin müğənni Könül Məmmədlinin və “İncəsənət” rəqs qrupunun ifaları alqışlarla qarşılanıb.

Sonda iştiakçılara Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə