"Ramiz Əzizbəylinin ayağı amputasiya edilə bilər"

"Ramiz Əzizbəylinin ayağı amputasiya edilə bilər"

Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib. SİA-nın məlumatına görə, bu haqda əməkdar artist Mehriban Xanlarova verilişlərin birində deyib: "Vəziyyəti yaxşı deyil, xəstəxanaya yerləşdirilib".

Daha sonra proqramda R.Əzizbəyli ilə telefon əlaqəsi saxlanılıb. Danışmaqda əziyyət çəkən aktyor "Yaxşıyam, klinikada yatıram. Qızımla danışa bilərsiz? Ondan soruşun" sözlərini deyib.

Qızı Xədicə xanım bildirib ki, hazırda xəstəxanadadılar və atası insultdan əziyyət çəkir: "Bir neçə gün əvvəl öyrəndik ki, damarlarında da tıxanma var. Barmağında qanqren başlayıb. Xəstəxanaya gətirmişik. Məlum oldu ki, damarlar 80 faiz tıxanıb. Bir ayağında daha çox irəliləyib. Amputasiya olunacağı deyilir. Çalışırıq onu etməsinlər, amma həkimlər deyir 80-90 faiz edilməlidir. Digər ayağı da əməliyyat edilməlidir. Bütün xərcləri öz gücümüzlə etməyə çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə