2010-cu geridə qoyan şou-biznes nümayəndələri ilin ən yadda qalan anlarından söz açdılar. Bəs görəsən onlar yeni ildən nə gözləyirlər? SİA şou-biznes nümayəndələri arasında sorğu keçirib.
Teymur Əmrah:
- 2010-cu həyat baxımından yenə də çox pis oldu, çünki yenə də evsiz qaldım. Ev söz verən şəxs məni yenə aldatdı. Sənət baxımından isə hər şey gözəldir. Yaradıcılığım hər zaman olduğu kimi klassik və retro mahnılarla davam edir.
Növbəti ildən yaxşı bəstəkar gözləyirəm. Gözəl bəstəkar var, amma azdır. Necə ki, Emin Sabitoğlu, Elza İbrahimova, Fikrət Əmirov, Nailə Mirməmmədli kimi yazarlar varsa mahnı versinlər oxuyum.
Rəhim Rəhimli:
- Bu il bir çox xitt mahnılar yazdım. Görürəm ki, mənimlə işləyən və mahnılarımı ifa edən həmkarlarlarıkm məndən çox razı qaldılar. Aparıcılıq yaradıcılığımda isə daha bir proqramın açılışı olub. "Oxu dostum" verilişi formatını dəyişərək "tap dostum" adı altında yeni tərtibatda yayımlandə və hər kəs tərəfindən sevildi.
Qarşıdan gələn ildən isə böyük bir dəyişikliklər gözləmək istəmirəm. Əsas can sağlığıdır. İstərdim müharibələrə nəhayət ki, 2011-cu ildə son qoyulsun. Arzulayıram ki, bütün dünya sülh və əmimanamlıq içində yaşasın.
Ayaz Qasımov:
- Bu il mənim üçün ən gözəl və böyük gün olan toy mərasimimlə yadda qaldı. Mən də evləndim. Məhz toy mərasimim həyatımın ən vacib məqamına çevrildi. Təbii ki, bu sevinc mənim yaradıcılığıma böyük təsir etdi və mən daha da yaxşı işlədim.
2011-cu ildə nəyahət ki, solo konsertimin baş tutmasını gözləyirəm. İnanıram ki, növbəti il mənə uğur gətirəcək. Qeyd edim ki, 2011-cu il mənim fəaliyyətimin 7-cı il dönümüdür. Bu illərdən ifa etdiyim bütün mahnılarıma da solo konsertimdə oxumağı planlaşdırıram.
Elnur Məmmədov:
- Bu il mənim üçün çox gözəl məqamlarla yadda qaldı. İstədiyim arzularıma çatdım. O arzular mənim şəxsi işim olduğundan mətbuata bunu açıqlamaq istəmirəm.
Növbəti ildən isə gözəl əhval-ruhiyyə, sevincli günlər və uğurlar gözləyirəm.
Samir Cavadzadə:
- 2010-cu il mənim üçün çox çətin keçib. Mən bu ildə demək olar ki, heç nə qazanmamışam. Artıq 1 ilə yaxındır ki, heç bir yeniliyim yoxdur. Düzü elə bir önəmli hadisə baş verməyim ki, yadımda qala.
2011-cu ildən böyük uğurlar gözləyirəm. Bu il üçün yeni ideyalarım çoxdur. İki klipin ssenarisi demək olar ki, hazırdır. Klipin birində özüm fikirləşdiyim 2 obrazda olacağam. Klipin birini Ülviyyə Könül, digərinin isə kim tərəfdən lentə alınması hələ məlum deyil . Bu mahnılardan birinin musiqisi Nailə Mirməmmədlyə, sözləri isə Könül Qafarovaya məxsusudur. Gözəl bir lirik mahnı olacaq. Artıq neçə ildir ki, bu mahnı məndədir. Məqamı isə yəgin 2011-cu ildə çatacaq.
Samira:
- Bu il öz mənfi və müsbət hallarla yadda qaldı. Bildiyimiz kimi bu il krizislə keçdi. Şübhəsiz ki, bu da mənim ailəmdən yan keçmədi. Şükür Allaha ki, bu da sovuşub keçdi.
Növbəti ildən yeni-yeni mahnılar gözləyirəm, çünki bir müddət olar ki, yeni ifalarım yoxdur. Səbəbi də odur ki, xoşuma gələn mahnı tapa bilmirəm. Solo konsert vermək istəyirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB