Azərbaycanda ikinci dəfə möhtəşəm "Mister və Miss Kids" yarışması keçirilib FOTOLAR

Azərbaycanda ikinci dəfə möhtəşəm "Mister və Miss Kids" yarışması keçirilib FOTOLAR

Azərbaycan ikinci dəfə möhtəşəm "Mister və Miss kids" model yarışması baş tutub. SİA-nın məlumatına görə, yarışmanın final mərhələsindən öncə sosial mediada 3-14 yaş uşaqlar üçün kastinq elan olunub və kastinqə 200-dən artıq uşaq qatılıb. Onlardan yalnız 34-ü finalda "Mister və Miss kids" adı uğrunda mübarizə aparıb. Tədbirdə balacalar peşəkar münsiflər heyətinin qarşısında iki fərqli geyimdə çıxış ediblər. İstedadlı balacalar dünya xalqlarının geyimləri və avanqard geyimlərdə səhnəyə çıxaraq öz bacarıqlarını nümayiş etdiriblər. Fidan balalarımıza dünya xalqlarının geyimlərini peşəkar modelyer-dizayner Aygün Mahmudova hazırlayıb. Tədbirin təşkilatçısı Sədaqət Rəşidqızı bildirib ki, bu cür layihələrin təşkili üçün aylarla hazırlıq prosesi gedir, çətinliyinə rəğmən, həm də insana zövq hissi yaşadır. Tədbirdə balalarının geyimlərinin əkseriyyətini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri işləyib. Müsabiqədə balaca modeller 18 yer və 7 nominasiya uğrunda mübarizə aparıblar. 3 yaş qrupunda 3 oğlan 3 qız olmaqla müsabiqənin 6 qalibi olub. Oğlanlardan Əli Mehrəliyev, Elcan Mirzeliyev, Turqay Rzayev, qızlardan Xədicə Həsənzadə, Nuray Abdullayeva və Mədinə İskəndərzadə yarışmanın qalibi oldular. Münsiflər heyəti dünyaşöhrətli modelimiz Rüstəm Cəbrayılov, modelyer-dizayner Şəlalə Maqsudova, stilist Nigar İbrahimova və Nəsir olub.

Müsabiqədə gənc modelyerlərə xüsusi diqqət ayrılmışdı. Rəssamlıq Akademiyasının tələbəsi Şahsənəm ve Çinarə Bayramlı avanqard geyimə görə müsabiqənin dəyərli mükafatını qazanıb. Balalarımıza hədiyyələri tədbirin təşkilati dəstəkciləri Narınc Psixologiya Mərkəzi ve Shokki Mokki teqdim edib.Tədbirin layihe rehberi və aparıcısı Sədaqət Rəşidqızı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə