Fidan Hacıyeva Azərbaycanı Minskdə keçirilən Forumunda təmsil edib FOTOLAR

Fidan Hacıyeva Azərbaycanı Minskdə keçirilən Forumunda təmsil edib FOTOLAR

Belarusun paytaxtı Minskdə IX Beynəlxalq Opera Forumu keçirilib. Dünyanın tanınmış opera ulduzlarının çıxış etdiyi forumda Azərbaycanı xalq artisti Fidan Hacıyeva təmsil edib. Beynəlxalq forum çərçivəsində opera müğənnilərinin Minsk Böyük Teatrının səhnəsində konsertləri baş tutub. Fidan Hacıyevə SİA bu haqda açıqlama verib: "X Beynəlxalq Opera Forumda ölkəmizi təmsil etmək və bu mötəbər səhnədə çıxış etmək mənim üçün çox böyük qürur hissidir. Konsertdən sonra teatrın rəhbərliyi, konsertin dirijoru, solistlər gözəl çıxışa görə məni təbrik etdilər. Bu mənim Minsk Böyük Teatrında artıq üçüncü çıxışım idi. Bu teatr səhnəsində mən "Karmen" operasını da oynamışam. Mötəbər tədbirlərdə, eləcə də səhnələrdə Azərbaycan adından çıxış etmək mənim üçün fəxrdir".

Bütün xəbərlər Facebook səhifəmizdə