Müğənni Günel Ələkbərova verilişlərin birinə açıqlama verib. SİA-nın məlumatına görə, sənətçi tez-tez falçı qəbuluna getdiyini etiraf edib: "Gizlətmirəm, falçıya gedirəm. Kim falçıya yaxşı gündən gedir? Dara düşəndə, psixoloji sarsıntı yaşıyanda adam təsəlli tapır. Başqaları kimi gedib mərdimazarçılıq etmirəm. Sıxıntım olanda yanına getdiyim falçılar var. Biz müğənnilərin adı çıxıb, o qədər adi adamlar gedir ki...
Falçılar haqda danışıram, hamı yazmağa başlayır ki, getdiyin falçının adı nədir ? İndi qadınlardan çox kişilər gedir. Kişi müğənnilər var ki, gedib ruzi duası yazdırırlar. Hansısa bir işi görməzdən əvvəl falçıyla məsləhətləşirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB