Murad Bozun konsertində nələr yaşandı? FOTOLAR

Murad Bozun konsertində nələr yaşandı? FOTOLAR

Türkiyəli müğənni Murad Boz Bakıda konsert verib. SİA-nın məlumatına görə, ifaçı aparıcılığını Cavid Gülün etdiyi gecədə ilk olaraq "O səs Türkiyə" yarışmasından kadrlar nümayiş etdirilib.

Daha sonra səhnəyə çıxan Murad bir-birinin ardınca mahnılarını səsləndirib. Sevilən mahnılarını canlı səsləndirən Boz 3 saatdan artıq səhnədə qalıb.

O, tamaşaçılarla söhbət etməyi də unutmayıb. Murad sevənlərinə səmimi etiraflar edib: "Sizə qurban olum. Burada özümü yad hiss etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə