MLS-in son çempionu “Atlanta Yunayted”in yeni baş məşqçisi məlum olur. Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Tata Martinonun komandadan ayrılmasından sonra klubun “sükanı arxasına” Frank de Bur gətiriləcək. Hollandiyalı mütəxəssislə 4 illik müqavilə imzalanması gözlənilir.
Tərəflərin bütün məsələlərdə razılaşdığı və təyinatın yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB