Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşova verilişlərin birində qonaq oluıb. SİA-nın məlumatına görə, O, müğənnilər Sevil və Sevinc Səfərovaların Brilliant Dadaşova haqqında proqramların birində dediyi "Brilliant Dadaşova şəxsiyyət vəsiqəsində yaşını dəyişib" sözlərinə sərt cavab verib: “Bu yaş söhbəti nədir? Bu bir. İkincisi isə, insan gərək qarşısındakına baxa və görə ki, ona söz deməyə layiqdirmi? Söhbət əkiz bacılardan gedir. Jurnalist mənə zəng edib, Sevil-Sevinc bacılarının Brilliant Dadaşovanın şəxsiyyət vəsiqəsində yaşının dəyişdirməsi ilə bağlı fikir səsləndirdiyini və buna münasibətimi öyrəndi. Dedim ki, İlhamə xanım Brillianta sataşırdı, özü də hər həftə. O, İlhamə xanıma cavab vermirdi. Bunlar kimdi ki, Brilliant xanım cavab versin? Onun ayağı bilənini, onların heç başı bilmir. Siz kimsiz onun adını çəkirsiz? Onun adını çəkən olsa, qarşısında məni görsün. Heç Brilliant onları tanımır. Mən bilirəm ki, hansı yollarla onlarla danışacam, özünüzü yığışdırın! Bu nə paxıllıqdır? Siz iki bacılar bizim yaşımıza gəlib çatanda nə halda olacaqsız bilmirəm. Bəlkə plastik əməliyyat etsələr nəsə ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB