"Qızqaçırtma"nın qalasında nələr yaşandı? FOTOLAR

"Qızqaçırtma"nın qalasında nələr yaşandı? FOTOLAR

"Qızqaçırtma 2" filminin qala gecəsi baş tutub. SİA-nın məlumatına görə, ekran işində baş rolları müğənnilər Sevil və Sevinc Səfərovalar, aktyor Fərda Xudaverdiyev canlandırıb.

Qala gecədə filmin yaradıcı heyəti ilə yanaşı tanınmış simalar da yer alıblar. Qırmızı xalçadan ilk olaraq filmi izləməyə gələn məşhurlar keçib.

Daha sonra isə aktyorlar qırmızı xalçaya çıxaraq, ekran işi ilə bağlı sualları cavablandırıblar. Onlar filmin yayda isti günlərdə çəkilməsindən, yaşadıqlarından bəhs ediblər.

Qeyd edək ki, komediya janrında olan filmin rejissoru Rüfət Şahbazov, ssenari müəllifi isə Fariz Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə