Sərxanla Ramil söz davasına çıxdı

Sərxanla Ramil söz davasına çıxdı

"Maşın" realiti-şouda aparıcı Sərxan Kərəmoğlu ilə reper Ramil Nabran söz savaşına çıxıb. SİA-nın məlumatına görə, Sərxanın ötən gün hədəf olan Aydan Axundovanın şəklini atması mübahisə yaradıb. Kərəmoğlu, şəkli bilmədən atdığını söyləyib: "Heç vaxt tamaşaçılar tərəfindən rəğbət qazanmayıb getməmişəm. Şokolad yedim, gözlərim çəp gördüm, şəkli səhv atdım. Ramil mənimlə bağlı olan söhbətlərdə danışmasın. Çünki arada gedir. Sözümü kəsməsin".

Ramil qarşı tərəfə bu sözləri deyib: "Səni deyib yollayıblar ora, biz axmaq deyilik. 3-4 şokolad yeyib, təzyiqin oynadı, şəkili səhv saldın?"

Sərxan isə Ramilə belə cavab verib: "Mənə şər atırsan, hisslərimlə oynayırsan. Burada özünüzü mehriban düşmən kimi göstərməyin".

R.Nabran Kərəmoğlunu bu sözləri ilə susdurub: "Buradan səni yola salmaq istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə