Mina: "Güclü rəqib olduğuma görə məndən qorxdular"

Mina: "Güclü rəqib olduğuma görə məndən qorxdular"

“Maşın” şoudan bir neçə gün əvvəl çıxan müğənni Mina Hüseyn oyunla bağlı fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, Mina iştirakçıların onu kənarlaşdırmasını istəmədiyi üçün özünün getdiyini deyib: “Maşın” şou mənim üçün çox önəmli, reytinqli yarışma idi. Lakin mən hörmətli insanlar kimi tərk etmək istədim və heç bir qruplaşmada yox idim. Tək mübarizə aparırdım. Çox çətin idi. Demək olar ki, hamı mənim çıxmağımı istəyirdi. Bəlkə də ən güclü rəqib mən idim.

Sizin dəstəyinizlə səs topladım və getdim. Siz olmasanız, bəlkə də məyus olaraq çıxardım. Kimsə yarışmadan məni çıxarsa, bu mənə lap pis təsir edərdi. Mənə yazırlar ki, göndərilən səslər boşa getdi. Xeyr, onların hər biri sizin sevginiz idi. Mən oyundan kimisə uzaqlaşdırsam, yenə məni hansı yolla olur olsun çıxarardılar. Bu zövqü heç kimə yaşatmadım”

Mina həmçinin oyunu qorxduğu üçün tərk etdiyini deyənlərə də səslənib: “Qorxaq olsam, qruplaşmada olardım. Bəs məni çıxarsalar, səs toplamayıb getsəm, xoş olardı? Məncə yerində və düzgün addım idi”.

Qeyd edək ki, M.Hüseyn səs toplasa da, yarışmadan heç kimi kənarlaşdırmamışdı və özü çıxmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə