Niyam: "Samirlə bağlı pərdə arxası söhbətlər çoxdur" QALMAQAL
Müğənni Niyam Salami verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı bir vaxtlar iş ortağı olan həmkarı Samir Piriyevdən danışıb: "Samir yaxşı oğlandır. Amma heç kimin xətrinə dəyməsin. İş görmək istəyirsənsə, bacarığa bax. İş başqa şeydir, yaxşı oğlan başqa... Gərək biləsən ki, bu işi görənin ondan başı çıxır, ya yox. Samir restoran işini bilmirdi. Ona görə də yarımçıq qaldı.
Pərdə arxasında o qədər söhbətlər var ki... Onları efirə gətirmək lazım deyil".
Qeyd edək ki, Samirlə Niyam Bodrumda restoran açıb, amma bir müddət sonra məkan bağlanıb. İfaçılar işin yolunda getməməsində bir-birini günahlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB