Müğənni Səidə Sultanı zorla ərə vermək istəyirlər?

Müğənni Səidə Sultanı zorla ərə vermək istəyirlər?
Aylıq dərc olunan maqazin jurnallarının birində "Müğənni Səidə Sultanın nişanı qayıtdı" sərlöhvəsi altında dərc olunan xəbər "W trio" qrupunun eks-solistlərindən birini hövsələdən çıxarıb. SİA-ya müraciət edən Səidə onun dilindən yazılan bu xəbərin tamamilə yalan olmasını israrla dilinə gətirdi: "Mən nişanlanmamışam ki, üzüyü də qaytarım. Təəccüblü olan odur ki, bu məlumatı məndən soruşmadan yazıblar. Belə olmaz axı? Tutaq ki, həqiqətən jurnalın əməkdaşlarında mənim haqqımda hansısa informasiya var. Axı ilk növbədə onlar yazını çap etdirməmişdən öncə fikrimi öyrənməlidirlər. Nəyə lazımdır dilimdən yalan informasiya yazıb, oxucularda başqa təəssürat yaratmağın. Elə çıxır ki, guyqa məni zorla ərə verirlər. Yaratdığınız imkandan istifadə edib deyirəm ki, nişanlanmamışam. Əgər yaxın vaxtlarda şəxsi həyatımda xoş bir dəyişiklik baş versə, bunu mediadan gizlətməyəcəyəm. Pərəstişkarlarımı şaiyələrə inanmamağa çağırıram".

Müğənni doğru informasiya dərc etməyən jurnal barəsində şikayətçi olmadığını, sadəcə onlardan incik düşdüyünü dilə gətirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə